Azərbaycanda dəhşət: toyda əvvəlcə qonşusunu, sonra özünü öldürdü

Azərbaycanda dəhşət: toyda əvvəlcə qonşusunu, sonra özünü öldürdü

Ötən gecə Saatlının Bəylər kəndində qətl hadisəsi baş verib.  AYNA xeber.tv-ə istinadən xəbər verir ki, kənddə keçirilən toy mərasimində musiqi sifarişi üstündə mübahisə yaranıb. 


Toydan çıxan kənd sakini, 36 yaşlı Fürsət Məhərrəmov başqa iki nəfərlə birlikdə minik avtomobili ilə qonşusugilə gəlib. 

 

Bu zaman evdən bayıra çıxan qonşusu Mübariz Həsənovu darvazanın yanında ov tüfəngindən 2 dəfə atəş açmaqla qətlə yetirib. 



Sonra isə yaşadığı evə gedərək özünü də boğazından güllələyərək öldürüb. 

Müəllif: Ayna.az      27 İyul 2019 18:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar