Dörd azərbaycanlı tələbə qəzaya düşdü

Dörd azərbaycanlı tələbə qəzaya düşdü
Üç nəfər xəsarət alıb
 
Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşüb. Hadisə Kahramanmaraş-Kayseri magistralında baş verib. AYNA oxu.az-a istinadən xəbər verir ki, dörd azərbaycanlı tələbə kirayə götürdükləri avtomobillə yol-nəqliyyat hadisəsi törədib. 
 
Hadisə zamanı tələbələrdən üçü yaralanıb. Məlumatlara görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Müəllif: Ayna.az      27 İyul 2019 17:12
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar