"Polislər" hava limanından 750 kiloqram qızıl oğurlayıblar

"Polislər" hava limanından 750 kiloqram qızıl oğurlayıblar

30 milyon dollar məbləğində qızıl və zinət əşyası oğurlanıb

 

Braziliyanın San Paulo şəhərində yerləşən Quarulhos hava limanında oğurluq hadisəsi baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, polis geyimində olan şəxslər 30 milyon dollar məbləğində qızıl və zinət əşyası oğurlayıblar.

 

Saxta polis maşınları ilə hava limanının karqo terminalına yanaşan naməlum şəxslər 2 işçini əsir götürüblər. 750 kiloqram qızıl və digər dəyərli zinət əşyalarını maşınlara yüklədikdən sonra isə hadisə yerindən uzaqlaşıblar. Hava limanından 12 kilometr aralandıqdan sonra işçiləri sərbəst buraxblar.

 

Qeyd edək ki, oğurlanan qızıl və zinət əşyalarının San Paulodan Çürix və Nyu-Yorka göndərilmək üçün hava limanına gətirildiyi bildirilib.

Müəllif: Ayna.az      27 İyul 2019 11:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar