Sumqayıtda 108 min ədəd yumurta məhv edildi

Sumqayıtda 108 min ədəd yumurta məhv edildi

Həmin məhsulların insan istehlakı üçün yararsız olduğu müəyyən edilib

 

Qida Təhlükəsizliyi Agentliyi (QTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib.

 

Baxış keçirilərkən 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

 

Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

Müəllif: Ayna.az      26 İyul 2019 12:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar