Təhlükəli hava şəraiti hökm sürəcək

Təhlükəli hava şəraiti hökm sürəcək

Bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir

 

İyunun 16-da Bakı və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, havanın temperaturu  gecə 20-23° isti, gündüz  30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz  33-35°  isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz 35-45 % olacaq. 

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu  21-22° isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  34-38° isti, dağlarda gecə 13-18° isti,  gündüz 24-29° isti təşkil edəcək.

Müəllif:      15 İyun 2019 16:22
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar