Bakıda zəncirvari qəzada üç maşın toqquşub - FOTOLAR

Bakıda zəncirvari qəzada üç maşın toqquşub -    FOTOLAR
Nərimanov rayonunda 3 avtomobil toqquşub. Qəza Heydər Əliyev prospektində baş verib. AYNA oxu.az-a istinadən xəbər verir ki, Əsgərov İsmayıl Akif oğlu idarə etdiyi “Subaru” markalı minik avtomobili ilə prospektlə metronun “Koroğlu” istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib.
 
 
Nəticədə avtomobil arakəsməni aşaraq əks yola çıxıb. Bu zaman əks yolla hərəkətdə olan Nizami Hüseynovun idarə etdiyi “Mercedes” və sürücüsünün şəxsiyyəti məlum olmayan “Hyundai” markalı minik avtomobillərinə çırpılıb.
 
 
İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.
 
 
Hadisənin təfərrüatı araşdırılır.
 
 
 
Müəllif: Ayna.az      24 İyul 2019 06:21
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar