Rusiya və Çin qırıcıları Cənub Koreya ərazisinə daxil olub

Rusiya və Çin qırıcıları Cənub Koreya ərazisinə daxil olub

Hərbi təyyarələrin “Lincourt qayalıqları” üzərindən uçduğu bildirilir

 

Cənubi Koreyanın Müdafiə Nazirliyi Rusiya və Çinə aid hərbi təyyarələrin ölkənin hava sərhədini pozduğunu bəyan edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ilk dəfə Rusiyaya aid hərbi təyyarə Cənubi Koreyanın hava sərhədini pozub və təyyarəyə xəbərdarlıq atəşi açılıb.

 

Çinə aid hərbi təyyarənin də eyni gündə ölkənin hava sərhədlərini pozması barədə məlumat yayılıb. Rəsmi Seul Rusiya və Çin təyyarələrinin “Lincourt qayalıqları” adlanan ərazidə yerləşən adaların üzərindən uçduğunu açıqlayıb.

 

Qeyd edək ki, Cənubi Koreya və Yaponiya arasında adaların hansı dövlətə aid olması haqqında mübahisələr davam edir. Hadisə ilə bağlı Cənubi Koreya hökuməti BMT-yə şikayət edəcəyini bildirib.

Müəllif: Ayna.az      23 İyul 2019 17:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar