Böyük Britaniyaya rəhbərlik edəcək şəxs bəlli oldu

Böyük Britaniyaya rəhbərlik edəcək şəxs bəlli oldu

O, iyulun 24-də vəzifəsinin icrasına başlayacaq

 

Böyük Britaniyada Baş Nazir seçkiləri başa çatıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə ölkənin keçmiş Xarici İşlər naziri Boris Conson seçilib.

 

Səslərin 66 faizini toplayan Conson, həm də Mühafizəkarlar Partiyasının sədri seçilib. O, iyulun 24-də vəzifəsinin icrasına başlayacaq.

 

Conson Baş Nazir seçildiyi üçün, Böyük Britaniyanın Avropa və Amerika Məsələləri üzrə naziri Alan Dunkan istefa verib.

 

Xatırladaq ki, cari ilin mayında ölkənin Baş Naziri Tereza Mey istefa vermişdi.

Müəllif: Ayna.az      23 İyul 2019 16:13
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar