Türkiyə əsgərləri “Ümid”dən geri döndülər - VİDEO

Türkiyə əsgərləri “Ümid”dən geri döndülər -     VİDEO

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilərin təntənəli yola salınması mərasimi keçirilib

 

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.

 

Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib. Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən - Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola salınıb.

 

Müəllif:      14 İyun 2019 22:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar