Gizli Bakıdan aşkar görüntülər – VİDEO

Gizli Bakıdan aşkar görüntülər –     VİDEO

Yüksəksürətli magistral yolda yolu keçməyə çalışan piyada, işıqforun qadağanedici nişanının tələblərini pozan sürücülər, manevr və yol nişanlarının tələbləri pozanlar kameralara düşüblər

 

Bakıda müxtəlif vaxtlarda qaydaları pozan sürücü və piyadalar kameraya düşüb. AYNA avtosfer.az-a istinadən xəbər verir ki, son bir ay ərzində qeydə alınmış videogörüntülərdə yüksəksürətli magistral yolda yolu keçməyə çalışan piyada, işıqforun qadağanedici nişanının tələblərini pozan sürücülər, manevr və yol nişanlarının tələbləri pozanlar əks olunub.

 

Belə ki, aeroport yolunda sutkanın qaranlıq vaxtı özünü təhlükəyə ataraq yolu keçməyə çalışan piyada son anda ölümün pəncəsindən xilas olur. Amma düşünmək lazımdır ki, bu, hər zaman belə olmaycaq.

 

Növbəti görüntüdə əvvəlcə manevr qaydalarını, bir neçə saniyə sonra isə qırımızı işığın tələbini pozan sürücü əks olunub.

 

Daha bir görüntülərdə DYP əməkdaşlarının gözü qarşısında, günorta vaxtı, şəhərin ortasında qırımızı işığın tələbini pozan traktor sürücüsü var.

 

Əks yola çıxaraq təhlükə yaradan sürücülər də kameraya düşüb. “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə əks yola çıxaraq hərəkət edir.

 

Qayda pozanlar arasında avtobus sürücüləri də var. Qırımızı işığı saymayaraq keçən sürücü özü və sərnişinlər üçün təhlükə yaradır.

 

Avtomobildən zibil atan sürücülər də kameraya düşüb. Bir görüntüdə solafan torbanı küçəyə atan sürücü əks olunub.

 

Nəhayət “bahalı avtomobil və bahalı nömrə olanda istənilən qaydanı pozmaq olar” prinsipi ilə hərəkət edən sürücü düz xəttin tələbini rahatlıqla pozur.

 

Videogörüntünü təqdim edirik:

 

Müəllif: Ayna.az      23 İyul 2019 14:43
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar