Polis icazəsiz mitinq xəbərdarlığı yayıb

Polis icazəsiz mitinq xəbərdarlığı yayıb

Pənah Hüseyn və Tural Abbaslı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar

 

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.  

 

Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin AYNA-ya verdiyi məlumata görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

 

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

Müəllif: Ayna.az      23 İyul 2019 11:01
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar