İki ölkənin sərhədində atışma: Yaralılar var

İki ölkənin sərhədində atışma:    Yaralılar var
Tacikistan – Qırğızıstan sərhədində silahlı insident olub. AYNA oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində beş nəfər yaralanıb.
 
 
Hadisəyə səbəb Tacikistanın sərhəd zonasında yerləşən Vorux kəndində bayraq quraşdırılması olub. Qırğızıstanın Aksay kəndinin sakinləri isə buna etiraz ediblər.
 
 
Əvvəlcə sözlü mübahisə ilə başlayan gərginlik sonradan silahlı qarşıdurmaya keçib. Ov silahlarından istifadə edən tərəflər beş nəfərin yaralanmasına səbəb olublar.
 
 
Hər iki tərəfin sərhədçiləri hadisənin qarşısını alaraq daha da böyüməsinə əngəl olub.
 
 
Qeyd edək ki, sözügedən ərazidə daim insidentlər və qarşıdurmalar yaranır. Bunun əsas səbəbi isə dövlətlər tərəfindən sərhədlərin rəsmi olaraq delimitasiya edilməməsi və qeyri-müəyyənlikdir.
Müəllif: Ayna.az      23 İyul 2019 09:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar