Prezident gömrükdə islahatlarla bağlı sərəncam imzalayıb

Prezident gömrükdə islahatlarla bağlı sərəncam imzalayıb

Dövlət başçısı 3 il əvvəlki sərəncama dəyişiklik edilməsinə qərar verib

 

Prezident İlham Əliyev “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

 

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 496) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.4-cü bəndə “(şəhadətnamələr)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış” sözləri əlavə edilsin;

 

2. 2.5-ci bəndə “(şəhadətnamənin)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatının, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın” sözləri əlavə edilsin;

 

3. 6-cı hissədə “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin”.

Müəllif:      14 İyun 2019 17:56
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar