Bakıda kafe sahibini bıçaqladılar

Bakıda kafe sahibini bıçaqladılar

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhərində çay evinin sahibi 1984-cü il təvəllüdlü Abdullayev Tural Arzu oğlu müştərilərin biri ilə mübahisə edib. Nəticədə, o, ayağından bıçaqlanıb.

 

Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.

Müəllif: Ayna.az      23 İyul 2019 04:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar