Türkməninstan hökümətinə qarşı çevriliş cəhdi - İştirakçılar məhv ediləcək

Türkməninstan hökümətinə qarşı çevriliş cəhdi -    İştirakçılar məhv ediləcək

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı yayılan dezinformasiyalar türkmən müxalifətinin ölkədə çevriliş etmək məqsədindən irəli gəlirdi. AYNA virtualaz.org-a stinadən bildirir ki, bunu rusiyalı siyasi analitik Denis Korkodinov deyib.

 

Korkodinov Türkmənistan hökumətindəki mənbələrə istinadən bildirib ki, regionda fəaliyyət göstərən islamçı qruplaşmalarla birgə türkmən müxalifəti, o cümlədən İŞİD terror təşkilatı Prezidentin Aşqabadda olmamasından istifadə etdi: “Onlar yerli ictimaiyyət və güc strukturlarının yardımı və dəstəyinə ümid edərək çevrilişə cəhd göstərdilər. Amma Türkmənbaşı müxalifətin planlarından əvvəlcədən xəbərdar edilmişdi və rus kəşfiyyatının yardımı ilə çevrilişin qarşısını ala bildi. Bu, Türkmənistan siyasi elitasının daxilində bir sui-qəsdin ortaya çıxmasına imkan verdi”, - Korkodinov bildirib.

 

Onun sözlərinə görə, yaxın günlərdə Aşqabadda müxalifətin “təmizlənməsi” həyata keçiriləcək: “Həddən artıq şəxsə cinayət işi açılacaq. Cəhdin bəzi iştirakçıları məhv ediləcək”.

 

Qeyd edək ki, ötən gün Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun ölümü barədə məlumat yayılmışdı. Bildirilir ki, Almaniyada müalicə olunan anasını yoluxmağa gedən Q.Berdiməhəmmədov ölkədən çıxan kimi ssenari işə salınıb.

Müəllif: Ayna.az      22 İyul 2019 23:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar