Çin rəsmən Türk-İslam dünyasına meydan oxuyur

Çin rəsmən Türk-İslam dünyasına meydan oxuyur

Rəsmi Pekin: Sincan-Uyğur Muxtar Vilayətinin Çindən ayrılması mümkün deyil

 

“Uyğurlar türk mənşəli deyillər. Onlar türkçü və islamçı qruplaşmaların oyuncağına çevrilərək, Çin dövlətinə qarşı düşmənçilik edirlər”.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin hökumətinin yaydığı rəsmi bəyanatda bildirilir. “Uyğurlar Çin dövlətçiliyinə düşmənçilik edən qüvvələrə fürsət verməməlidirlər. Çünki Sincan-Uyğur Muxtar Vilayətinin Çin torpaqlarından ayrılması mümkün deyil”, - deyə bəyanatda vurğulanır.

 

Qeyd edək ki, Çin hökuməti Şərqi Türküstanda yaşayan insanları işgəncələrə məruz qoyaraq qətlə yetirməkdə günahlandırılır. Uyğur müsəlmanları, qazaxlar və başqa etnik xalqların nümayəndələrindən ibarət 1 milyondan çox insanın Çinin inşa etdiyi xüsusi lagerlərdə saxlanıldığı bilidirilir.

Müəllif: Ayna.az      22 İyul 2019 16:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar