Rusiya qırıcıları İdlibi bombalayıb, xeyli sayda ölən var - VİDEO

Rusiya qırıcıları İdlibi bombalayıb, xeyli sayda ölən var -               VİDEO

Hücum nəticəsində 17 nəfər həlak olub

Rusiya hərbi hava qüvvələri İdlib şəhərinin Marratinnuman rayonunu bombalayıb.

 

AYNA xəbər verir ki, Rusiya qırıcılarının bölgədə yerləşən bazara hücumu nəticəsində 17 nəfər həlak olub. Hüquq mühafizə orqanları ərazidə təhlükəsizliyi təmin etdiyini, yaralılara müdaxilə edildiyini bildirib.

Suriyanın şimal-şərqində yerləşən İdlib şəhəri müharibənin başlamasından bu yana dəfələrlə rejimin hücumlarına məruz qalıb. 4 milyon əhalisi olan şəhər 2015-ci ilin mart ayında müxalif qüvvələrin əlinə keçib. 

 

Qeyd edək ki, Suriya İnsan Haqqları Şəbəkəsinin (SNHR) yaydığı hesabatda rejim qüvvələrinin 26 aprel-12 iyul tarixləri arasında təşkil etdiyi hücumlar nəticəsində 157 uşaq, 111 qadın olmaqla, ümumilikdə 606 nəfərin həlak olduğu bildirilib.

Müəllif: Ayna.az      22 İyul 2019 13:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar