Zelenski “ruslarla anlaşmaqdansa, müğənni ilə əməkdaşlıq” yolunu seçdi

Zelenski “ruslarla anlaşmaqdansa, müğənni ilə əməkdaşlıq” yolunu seçdi

Ukrayna Prezidenti “Okean Elzy” rok qrupunun solisti Svyatoslav Vakarçuk ilə koalisiya qurmaq istəyir

 

Ukrayna Prezidenti Vladimir Zelenski məşhur rok ifaçısı Svyatoslav Vakarçuk ilə koalisiya qurmaq üçün danışıqlara gedəcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, aprel ayında növbədənkənar seçkilər nəticəsində Prezident seçilən Zelenski, mətbuata verdiyi açıqlamada “Okean Elzy” rok qrupunun solisti Svyatoslav Vakarçuk ilə koalisiya qurmağa hazırlaşdığını bildirib.

 

Prezident seçildikdən sonra istədiyi şəxsləri nazir vəzifəsinə gətirə bilməyən Zelenski, Rusiyayönümlü partiyalarla əməkdaşlıq etməmək üçün seçkilərdə 6,4 faiz səs toplayan “Səs” Partiyasının lideri Vakarçuka koalisiya qurmaq haqqında müzakirələrə qatılmaq üçün dəvət göndərib.

 

Xatırladaq ki, Vladimir Zelenskinin partiyası qeyri-rəsmi nəticələrə görə 42,1 faiz, Rusiyayönümlü müxalif “Həyat naminə” partiyası isə 12,7 faiz səs toplayıb.

Müəllif: Ayna.az      22 İyul 2019 11:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar