Qum qasırğası on üç kəndin yolunu bağladı

Qum qasırğası on üç kəndin yolunu bağladı

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 kəndlə əlaqə kəsilib. AYNA trend.az-a istinadən bildirir ki, bunu İranın Kirman vilayətinin Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.

 

Ə.Baqirinin sözlərinə görə, qum qasırğası 17 nəfərin tibb məntəqələrinə müraciət etməsi ilə nəticələnib. Qubernator əlavə edib ki, rayonun 130 kəndi qum qasırğası ilə üzləşib.

Müəllif: Ayna.az      21 İyul 2019 23:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar