AYNA-nın xəbərindən sonra "Soliton" səhvini düzəltdi - FOTO

AYNA-nın xəbərindən sonra "Soliton" səhvini düzəltdi -     FOTO

İki gün əvvəl "Soliton" mağazalar şəbəkəsinin 28 May filialında bir müştərinin yaşadığı problemi işıqlandırmışdıq. Müştərinin şikayət məktubuna əsasən problemlə bağlı məlumat yayımlamışdıq və səlahiyyətli qurumların diqqətini bu və bu kimi hallara yönəltməyə çalışmışdıq. AYNA xəbər verir ki, hazırladığımız materialdan sonra problem həllini tapıb.

 

Vətəndaş Ceyhun Məmmədov problemin həllinə görə AYNA redaksiyasına təşəkkürünü bildirib. Ceyhun Məmmədov bildirib ki, "Soliton"un rəsmi "Facebook" səhifəsi yaranmış problemə görə üzrxahlığını bildirib və müştəri mağaza tərəfindən yeni telefonla təmin olunub. 

 

Qeyd edək ki, müştərinin "Facebook" hesabında istifadəçi adı "Ceyhun Ahad" deyə qeyd olunduğu üçün, mağaza təmsilçisi müştəriyə "Əhəd bəy" deyə müraciət edərək, yeni telefonla təmin olunacağını bildiib. Müştəri bu gün günorta saatlarında yeni telefon əldə edə bilib. 

 

Müəllif: İbrahim Məmmədli      20 İyul 2019 19:01
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar