Azərbaycanda kişi həyat yoldaşına görə özünü asdı

Azərbaycanda kişi həyat yoldaşına görə özünü asdı

İsmayıllı rayon sakini yoldaşına görə özünü asaraq intihar edib. AYNA "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağıbaş adlanan ərazisində baş verib. Rayon sakini Sədiyar Şükürlü yaşadığı evin həyətindəki tikilidən özünü asıb. 

 

Mərhumun yaxınlarının sözlərinə görə, tez-tez ailədaxili münaqişələr olduğu üçün mərhumun həyat yoldaşı atası evinə gedib. Yoldaşını gətirmək üçün qayınatasıgilə gedən S.Şükürlü yoldaşının onunla gəlmədiyindən qəzəblənərək evinə qayıtdıqdan sonra intihar edib. 

 

Qeyd edək ki, cütlük 5 il əvvəl ailə qurub, bu evlilikdən 4 yaşlı övladları var. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      20 İyul 2019 21:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar