İdmançımızdan qələbə: dünya reytinqində mühüm yer

İdmançımızdan qələbə: dünya reytinqində mühüm yer

Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı.


Pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib. 


Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Qazaxstanın Nur-Sultan şəhərində keçirilən Para Pauerliftinq üzrə Dünya Çempionatında Azərbaycan komandasının üzvü Elşən Hüseynov bu gün yarışlara qatılıb. 107 kq çəki dərəcəsində yarışan idmançımız 217 kq çəki qaldırıb. İdmançımız belə bir nəticə göstərməklə Dünya reytinqində 4-cü yerini möhkəmləndirib və “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib. 

Müəllif: Ayna.az      20 İyul 2019 20:49
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar