On doqquz yaşlı qıza on iki nəfər təcavüz etdi

On doqquz yaşlı qıza on iki nəfər təcavüz etdi

Kiprin məşhur əyləncə mərkəzi “Ayia Napa”-da 19 yaşlı ingilis qadın 12 israilli tərəfindən təcavüzə məruz qalıb. AYNA xəbər verir ki, çox sayda turistin istirahət üçün üz tutduğu Cənubi Kiprdə yerləşən istirahət zonasında gənc qadın təcavüzə uğrayıb. 12 israilli kişi tərəfindən təcavüzə məruz qalan 19 yaşlı qadın polisə müraciət edib. İsrailli 12 şəxs həbs edilərək, barələrində cinayət işi açılıb.

 

Kipr mətbuatında hadisə ört-basdır edilməyə çılşılsa da, İsrail və İngiltərə mətbuatlarında məsələyə geniş yer verilib. İsrail mətbuatında ingilis turistin öz istəyi ilə israilli gənclərlə birgə əyləndiyi bildirilib.

 

Qeyd edək ki, hadisəylə bağlı məhkəmə iclası keçirilərkən yeni bir fak ortaya çıxıb. Təcavüzə məruz qalan qadın 12 nəfər şəxsin onu həm də mobil telefonları ilə çəkdiyini bildirib. Məhkəmə şəxslərin telefonlarının ekspertizaya göndərilməsini tələb edib.

Müəllif: Ayna.az      20 İyul 2019 18:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar