Toyda zəhərlənənlərin sayı artıb: adları açıqlandı - VİDEO

Toyda zəhərlənənlərin sayı artıb: adları açıqlandı -      VİDEO

Şirvan şəhərində toy mərasimi zamanı zəhərlənən şəxslərin bəzilərinin adları məlum olub. AYNA "Report"-a istinadən xəbər verir ki,  Şirvan şəhərində toy mərasimi zamanı pirotexniki vasitələrin tüstüsündən zəhərlənən şəxslərin sayı 19 nəfərə çatıb.

 

Hadisə zamanı Hacıqabul rayon sakinləri - 1968-ci il təvəllüdlü Seyidsəkinə Miryaqub qızı Dostəliyeva, 1957-ci il təvəllüdlü Züleyxa Ağaməmməd qızı Həsənova, 1961-ci il təvəllüdlü Fəridə Əsəd qızı Şıxəliyeva, Şirvan şəhər sakinləri - 1964-cü il təvəllüdlü Arzu Bəhlul qızı Süleymanova, 1977-ci il təvəllüdlü Aynurə Asif qızı Ağayeva zəhərləniblər.

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və Anesteziologiya şöbəsinin müdiri Famil Yüsifov bildirib ki, xəstəxanaya qazda boğulma diaqnozu ilə 19 nəfər müraciət edib: "Zəhərlənənlər boğazda qıcıqlanma, öskürək və huşun müəyyən qədər itirilməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilərək oksigen verilib və lazımi müayinə və müalicələr aparılıb. Xəstələrin hamısı kafi vəziyyətdə ambulator müalicəyə buraxılıb".

 

 

Müəllif: Ayna.az      20 İyul 2019 04:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar