“Ağıllı adamlar ölkədən gedir, yerini isə üçüncü dünya ölkələrindən gələnlər tutur”

“Ağıllı adamlar ölkədən gedir, yerini isə üçüncü dünya ölkələrindən gələnlər tutur”

Natiq Cəfərli: “Maslou piramidası”nın ilk pilləsinə görə Əfqanıstan, İraq vətəndaşları üçün Azərbaycan cənnətdir”

 

Xəbər verdiyimiz kimi, dünən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mətbuat xidməti keçirib. O, tədbirdəki açıqlamalarının birində ki, Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayının artdığını deyib.

 

AYNA xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli şəxsi “Facebook” hesabında DMX rəisinin bu açıqlamasını tənqid edib: “Miqrasiya xidməti fəxrlə açıqlama yayıb ki, Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı artıb. Bu sözlər sosial şəbəkələrdə müzakirə olundu, amma diskussiya dərinə işləmədi, zarafata salındı”.

“Azərbaycanda daimi yaşamaq istəyənlər arasında Əfqanıstan, İraq, Pakistan vətəndaşları üstünlük təşkil edir. Bu, təbii haldır, çünki “Maslou piramidası”nın ilk pilləsinə görə onlar üçün Azərbaycan cənnətdir - sabitlikdir, sakitlikdir, az maaşlı olsa da, iş tapmaq olur. Amma onlar Azərbaycana nə verir, ölkənin inkişafına dəstək ola bilərlərmi - əsas sual budur”, - deyə ekspert yazıb.

 

Cəfərli ölkədən illərdir ciddi beyin axını olduğunu qeyd edib: “Özünü burada realizə edə, potensialını aça bilməyən təhsilli, ambisiyalı gənclər, insanlar ölkədən sürətlə köçürlər, bizə isə sabitliyi və sakitliyi dəyər kimi görən 3-cü dünya ölkələrindən köç gəlir. Bu, məncə, fəxr mənbəyi deyil də, düşünmək üçün səbəbdir”.

Müəllif: Ayna.az      19 İyul 2019 12:53
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar