Təcili Tibbi Yardım xidməti gücləndirilmiş rejimə keçir

Təcili Tibbi Yardım xidməti gücləndirilmiş rejimə keçir

Tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub

 

Səhiyyə nazirinin müvafiq əmrinə əsasən, 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadası növbə çəkəcək. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib.

 

“Proses ayın 29-na qədər davam edəcək. Bundan əlavə, bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər”, - deyə məlumatda qeyd olunur.

 

Nazirliyin açıqlamasına görə, əgər yarış iştirakçılarından, yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən, diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Müəllif: Ayna.az      19 İyul 2019 12:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar