Xərçəngin birdəfəlik müalicəsi mümkündür, amma milyonlarla vəsait tələb edir

Xərçəngin birdəfəlik müalicəsi mümkündür, amma milyonlarla vəsait tələb edir

Proton işıqları ilə müalicə üsulu dünyada ən məşhur müalicə üsulu olmaqla yanaşı, həm də ən effektiv üsuldur. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu üsulun yeni variantı ilə xərçəgli uşaqları birdəfəlik müalicə etmək mümkün olacaq.

 

İki ildən çoxdur ki, Mançester Hospitalı və London Universiteti Hospitalı xərçəngli uşaqların həyatını xilas etmək üçün müxtəlif araşdırmalar aparır. Hidrogen atomlarının ayrılması sayəsində işıq sürətinin üçdə biri ilə hərəkət edən proton işıqları ilə xərçəng hüceyrələrini məhv etmək üsulunu çətinliklə də olsa, tapa biliblər. Ancaq bunu tətbiq etmək asan deyil. Dörd metrə qalınlığında olan divarların arasında labirint bənzəri bir nüvə sığınacağında lazım olanda daha çox radiasiya əmələ gəlir. Bunun üçün ümumi çəkisi 2000 tondan artıq olan yeni cihazlar emal edilir. Onların hamısı qüsursuz işləməlidir.

 

İngiltərədəki xərçəngli uşaqların təcrübi müalicəsi Londonda həyata keçirilib. Bu müalicə üsulunun 250 milyon paunda başa gəldiyi bildirilib.

Müəllif: Ayna.az      18 İyul 2019 23:47
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar