BMT-dən azadlıq mücahidinə böyük mükafat

BMT-dən azadlıq mücahidinə böyük mükafat

Birləşmiş Millətlər Təşkilatı 18 iyulu Beynəlxalq Nelson Mandela Günü elan edib

 

Birləşmiş Millətlər Təşkilatı (BMT), apardığı azadlıq mübarizəsinə görə 18 iyulu Beynəlxalq Nelson Mandela Günü elan edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi afrikalıların əfsanəvi lideri Nelson Mandela 101-ci yaş günü münasibətilə bütün dünyada yad edilir.

 

İrqçilik əleyhdarı olan Mandelanın afrikalıların azadlığı üçün apardığı mübarizə bu gün də dünyada çox sayda insanın rəğbətini qazanıb. Qəbilə rəisinin oğlu olaraq dünyaya gələn Mandela, ağ dərililərin digər insanlardan üstün olmaları fikri ilə mübarizə apardığı üçün 27 il həbsdə qalıb.

 

1990-cı ildə azadlığa çıxan lider, 1994-cü ildə demokratik yolla seçilmiş ilk Prezident olub. 1993-cü ildə “Nobel” sülh mükafatına layiq görülüb.

 

1999-cu ildə vəzifə müddəti başa çatan Mandela ikinci dəfə prezidentliyə namizəd olmaqdan imtina edib. Daha sonra xeyriyyəçiliklə məşğul olan, müxtəlif işlər görən siyasətçi, fəaliyyətlərinə görə müxtəlif mükafatlarla təltif edilib.

 

Xatırladaq ki, Nelson Mandela 3 dəfə evlənib, bu evliliklərdən 6 övladı dünyaya gəlib. 2011-ci ildə səhhətində problemlər yaranan Mandela, 5 debabr 2013-cü ildə yaşadığı evdə vəfat edib.

Müəllif: Ayna.az      18 İyul 2019 17:05
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar