Moskva Ankaraya yeni hərbi anlaşma təklif edir

Moskva Ankaraya yeni hərbi anlaşma təklif edir

Sergey Çemezov: “Bizə müraciət olunarsa, “Su-35” qırıcılarını Türkiyəyə satmaq məsələsinə dair danışıqlara başlaya bilərik”

 

Rusiyanın hərbi texnika istehsal edən “Rostec” şirkətinin rəhbəri Sergey Çemezov Türkiyəyə “Su-35” hərbi təyyarələrinin satılması üçün danışıqlara hazır olduqlarını deyib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, o, qərarın Ankaradan asılı olduğunu bildirib.

 

“Türkiyə ilə istənilən vaxt hərbi təyyarələr məsələsində əməkdaşlıq etməyə hazırıq. Əgər bizə müraciət olunarsa, “Su-35” qırıcılarını Türkiyəyə vermək məsələsinə dair danışıqlara başlaya bilərik” – deyə Çemezov vurğulayıb.

 

Qeyd edək ki, “Su-35” hərbi təyyarələri yüksək texniki keyfiyyətlərə malikdir. Çin və İndoneziya kimi bir sıra ölkələr bu təyyarələrdən sifariş verib.

 

Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında “S-400” zenit raket kompleksinin alqı-satqısına dair müqavilə imzalanıb. Artıq komplekslərin bir hissəsi Ankaraya təhvil verilib.

Müəllif: Ayna.az      18 İyul 2019 16:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar