“Azərsu” iki gündür yaşanan su böhranına aydınlıq gətirdi

“Azərsu” iki gündür yaşanan su böhranına aydınlıq gətirdi

Anar Cəbrayıllı: “Bu gün axşam saatlarına kimi təmir işləri yekunlaşacaq”

 

Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə redaksiyamıza həmin ərazilərin sakinlərindən məlumatlar daxil olub.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiqləyib. Onun sözlərinə görə, buna səbəb magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlıq olub.

 

“Həmin nasazlığın aradan qaldırılması ilə əlaqədar, Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində fasilələr yaranıb. Artıq təmir işləri yekunlaşmaq üzrədir. Axşam saatlarına kimi işlər yekunlaşacaq və Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivi içməli su ilə təmin olunacaq”, - deyə Cəbrayıllı bildirib.

Müəllif: Təranə Xudabaxşiyeva      18 İyul 2019 16:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin