“Ölkədə bir nəfərin bir neçə vəzifə tutması dəb halını alıb”

“Ölkədə bir nəfərin bir neçə vəzifə tutması dəb halını alıb”

Etibar Əliyev: “Təqaüd yaşına çatanda, işdən çıxanda gəlib otururlar on illərlə zəbt etdikləri kafedralarda”

 

“Vəzifəli şəxslərin, deputatların ali məktəblərdə kafedra müdiri vəzifələrini tutmalarına son qoymaq lazımdır. Bu, sui-istifadədir”.

 

AYNA xəbər verir ki, bu fikirləri şəxsi “Facebook” hesabında təhsil ekspert, fəlsəfə doktoru Etibar Əliyev paylaşıb. O bildirib ki, kafedralar asudə vaxtın keçirilməsi üçün yer deyil.

“Hələ üstəlik dərslərini də başqaları deyir. Bunların çoxunun elmi yeniliklərdən xəbəri yoxdur. Təqaüd yaşına çatanda, işdən çıxanda gəlib otururlar on illərlə zəbt etdikləri kafedralarda”, - ekspert yazıb.

 

O, “elmi etika” anlayışını xatırladıb: “Bu anlayış Qərb, Amerika elminin əsas anlayışlarından biridir. Bizdə isə elmdə etikasızlıq tüğyan edir. Məncə, bu məsələ ciddi müzakirə olunmalıdıdır. Ölkədə bir nəfərin bir neçə vəzifə tutması dəb halını alıb. Vəzifəliləri bir-birindən fərqləndirən kriteriyaya çevrilib. Elmi dərəcə, elmi ad almaq isə adi hala çevrilib”.

Müəllif: Ayna.az      18 İyul 2019 14:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar