Ermənistanda vətəndaşlarla polislər arasında qarşıdurma - Xəsarət alanlar var

Ermənistanda vətəndaşlarla polislər arasında qarşıdurma -      Xəsarət alanlar var

Ermənistanın şimalındakı İcevan rayonunda etirazçılarla polis arasında baş vermiş qarşıdurmalarda 13 nəfər xəsarət alıb. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat yayıb.

 

Bildirilir ki, etirazçılar Gürcüstana gedən əsas avtomobil yolunu bağlayıblar. Onların tələbi ətraf meşələrdən odun toplamaq üçün icazənin verilməsidir. Hüquq-mühafizə orqanları yolu açmaq istəyərkən qarşıdurma olub. Etirazçılar polisə daş atıblar.

Müəllif: Ayna.az      18 İyul 2019 06:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar