Hərbi hissədə yadplanetlilərin saxlanıldığı iddia edilir

Hərbi hissədə yadplanetlilərin saxlanıldığı iddia edilir

ABŞ-ın Nevada ştatında yerləşən hərbi hissədə yad planetlilərin saxlanıldığı iddia edilir.

 

AYNA xəbər verir ki, kimliyi məlum olmayan şəxslər tərəfindən Nevada ştatında yerləşən “Area 51” hərbi hissəsində yad planetlilərin saxlanılmasına dair məlumat yayılıb. Bundan sonra 1,4 milyon amerikalı “Facebook”-da yaradılmış görüşə gedəcəyini, 1,1 milyon vətəndaş isə bu məsələ haqqında düşündüyünü bildirb.


ABŞ Hərbi Hava Qüvvələri dərhal bəyanat yayıb: ““Area 51” hərbi hissəsini qorumaq üçün lazımı qədər gücə malikik. Əgər kimsə qadağan olunmuş ərazilərə keçməyə cəhd edərsə bu insanlara qarşı güc tətbiq oluna bilər”. Daha sonra Cekson Barnes adlı istifadəçi bu çağırışın zarafat məqsədilə paylaşıldığını bildirərərk əlavə edib: “Salam ABŞ hökuməti. Bu sadəcə bir zarafatdır. Məqsədim “like” toplamaq idi. Əgər kimlərsə bu çağırışı ciddi qəbul edib, hərbi hissəyə hücum edərsə, bunun məsuliyyətini mən daşımıram”.

 

Qeyd edək ki, 1989-cu ildə “Area 51”-də fizik kimi fəaliyyət göstərdiyini iddia edən Bob Lazar adlı şəxs ilk dəfə bu hərbi hissədə yad planetlilər və onların nəqliyyat vasitələrinin saxlanıldığına dair məlumatlar yayıb.

Müəllif: Ayna.az      18 İyul 2019 11:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar