İtaliya hökuməti qaraçıları ölkədən qovur

İtaliya hökuməti qaraçıları ölkədən qovur

İtaliyanın baş nazirin müavini və xarici işlər naziri Matteo Salvini ayrı-ayrı bölgələr üzrə yerli icra strukturlarına qaraçıların tam siyahıyaalınmasını tapşırıb. İtaliya hökuməti qanunsuz qaraçı miqrantları qovmağa hazırlaşır.

 

AYNA Bizimyol.info-a istinadən xəbər verir ki, bölgə prefektləri iki həftə ərzində roma, Sinti və kaminanti qaraçı xalqlarının düşərgələri haqda hesabat hazırlamalıdır. Bundan sonra onların ölkədən çıxarılmasına başlanacaq.

 

“The Local” nəşrinin yazdığına görə, Salvini yekun hesabat əldə etmək və vahid reyestr yaratmaq fikrindədir. Bununla da qanunsuz miqrantların siyahısını müəyyənləşdirmək mümkün olacaq. “Təəssüf ki, italyan qaraçılarını saxlamaq lazım gələcək”, – baş nazirin müavini belə deyib.

 

Salvini etnik azlıq məsələlərində sərt mövqe ilə tanınır. Onun “Şimal liqası” partiyası övladları məktəbə getməyən qaraçıların valideynlikdən məhrum olunması ilə bağlı qanun layihəsinin yaradılmasını təklif edib. Salvini qaraçıların qanunsuz tikililərinin dağıdılmasının da tərəfdarıdır. Baş nazir müavininin fikrincə, qaraçılar cinayətkarlığın artmasına səbəb olur.

 

İtaliyada 180 min nəfərə yaxın qaraçı yaşayır. Onların təxminən yarısının ölkə vətəndaşlığı var.

Müəllif: Ayna.az      18 İyul 2019 01:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar