"Bəzi ixtisas qrupları üzrə keçid balları aşağı düşəcək"

"Bəzi ixtisas qrupları üzrə keçid balları aşağı düşəcək"

İmtahan nəticələri kəskin şəkildə azalıb

 

I və IV ixtisisas qrupları üzrə qəbul imtahanının nəticələrinə görə, abituriyentlərin topladığı ballar ötən illə müqayisədə kəskin şəkildə azdır. AYNA xəbər verir ki, bu nəticələrin statistik göstəricilərini təhsil üzrə ekspert Kamran Əsədov özünün sosial şəbəkə hesabında paylaşıb.

 

I ixtisas qrupu üzrə:

 

690 - 700 arası bal toplayan abituriyent - 1 nəfər (2018-ci ildə 56 nəfər)

680 - 689 arası bal toplayan abituriyentlər - 14 nəfər ( 2018-ci ildə 52 nəfər)

670 - 679 arası bal toplayan abituriyentlər - 29 nəfər ( 2018-ci ildə 63 nəfər)

660 - 669 arası bal toplayan abituriyentlər - 46 nəfər ( 2018-ci ildə 86 nəfər)

650 - 659 arası bal toplayan abituriyentlər - 53 nəfər ( 2018-ci ildə 112 nəfər)

 

Ümumilikdə, I ixtisas qrupu üzrə :


650-dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər (2018-ci ildə 369 nəfər),

600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər ( 2018-ci ildə 880 nəfər),

500-dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər (2018-ci ildə 2312 nəfər),

400-dən çox bal toplayan abituriyentlərin sayı 3939 nəfərdir (2018-ci ildə 4486 nəfər).

 

IV ixtisas qrupu üzrə:


690 - 700 arası bal toplayan abituriyentlər - 3 nəfər ( 2018-ci ildə 35 nəfər)

680 - 689 arası bal toplayan abituriyentlər - 11 nəfər ( 2018-ci ildə 58 nəfər)

670 - 679 arası bal toplayan abituriyentlər- 22 nəfər ( 2018-ci ildə 74 nəfər)

660-669 arası bal toplayan abituriyentlər - 26 nəfər ( 2018-ci ildə 81 nəfər)

650-659 arası bal toplayan abituriyentlər - 39 nəfər ( 2018-ci ildə 81 nəfər)

 

Ümumilikdə, IV ixtisas qrupu üzrə:


650 dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər (2018-ci ildə 329 nəfər),

600 dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər ( 2018-ci ildə 743 nəfər),

500 dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər ( 2018-ci ildə 1591 nəfər),

400 dən çox bal toplayan abituriyentlərin sayı 1831 nəfərdir ( 2018-ci ildə 2283 nəfər).

 

Kamran Əsədov onu da qeyd edib ki: "yuxarıdakı müqayisədən açıq aşkar şəkildə görsənir ki, 400 baldan yüksək nəticə göstərənlər əvvəlki illərdən kəskin şəkildə fərqlənir (azalıb). Bu da bizə l və lV qrup üzrə keçid balları aşağı düşəcək deməyə imkan yaradır". 

Müəllif: Ayna.az      17 İyul 2019 20:33
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin