Donald Tramp yeni qalmaqala başlayır

Donald Tramp yeni qalmaqala başlayır

Ağ Ev rəhbəri: “Bəlkə də “Google” təhlükəsizliyimizə xəyanət edir”

 

ABŞ Prezidenti Donald Tramp “Google” şirkətinin hesabatlarının ciddi yoxlanması üçün göstəriş verəcək. AYNA xəbər verir ki, bu məlumat Amerika mediasında yer alıb.

 

“Facebook” şirkətinin İdarə Heyətinin üzvü, məşhur biznesmen Peter Tiel “Google” şirkətinin hesabatlarının şəffaf olmadığını iddia edib. Tiel “Fox News” kanalında qatıldığı verilişdə, Çin hökumətinin “Google” şirkətinə təsir etdiyini, bunun təhlükəsizlik məsələsində ciddi təhdid olduğunu bildirib.

 

Tramp bu çıxışdan sonra məsələyə belə reaksiya verib: “Tiel uğurlu biznesmendir. Onun iddialarına laqeyd yanaşa bilmərik. Ən qısa müddətdə “Google”un yoxlanılması məsələsi müzakirəyə çıxarılıb, qərar veriləcək. Bəlkə də “Google” təhlükəsizliyimizə xəyanət edir”.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp müxtəlif texnologiya şirkətləri ilə qalmaqallı münasibətlərinə görə tez-tez gündəmə gəlir.

Müəllif: Ayna.az      17 İyul 2019 18:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar