“Vətəndaş mədəniyyəti cəmiyyətdə harmoniyanın pozulmaması üçün sığortadır”

“Vətəndaş mədəniyyəti cəmiyyətdə harmoniyanın pozulmaması üçün sığortadır”

“Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu” mövzusunda tədbir keçirilib

 

“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu” mövzusunda “dəyirmi masa” keçirilib. AYNA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, QHT nümayəndələri, KİV rəhbərləri iştirak ediblər.

 

Ə.Nuriyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, hüquqi dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi hökm sürür: “Hüquqi dövlət qanunvericilikdə şəxsi hüquqları təsbit edərək bu hüquqları qanunsuzluqdan, özbaşınalıqdan qoruduğu kimi, vətəndaş da öz hərəkətlərini ictimai maraqlara uyğunlaşdırmağa, başqalarının hüquqlarını və mövcud qayda-qanunları pozmamağa borcludur. Hazırda bu məsələ Azərbaycan cəmiyyəti üçün də aktualdır və sözügedən layihə bu istiqamətdə töhfə verəcək”.

“Güzəran” Sosial Araşdırmalar İB-nin sədri Qadir İbrahimli bildirib ki, “dəyirmi masa”da məhz vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin bərqərar olmasında nə etdiyi, nə etməli olduğu, hansı çağırışlarla üzləşdiyi barədə müzakirələr aparılacaq: “Məqsəd yeni ideya və yanaşmaların axtarılması, QHT-lər üçün tövsiyələrin hazırlanmasıdır. Hazırda qlobal qeyri-sabitlik dövründə vətəndaş  mədəniyyəti qeyri-sabitlikdən, cəmiyyətdə harmoniyanın pozulmasından əsas sığortalayıcı dəyərlər sistemi kimi qəbul olunur. Mürəkkəb geosiyasi regionda yerləşən və vaxtaşırı xarici təsirlərlə üzləşən Azərbaycan üçün də vətəndaş mədəniyyəti dəyərlərinin güclü şəkildə bərqərar olması aktualdır. Vətəndaş cəmiyyəti dəyərlərinin geniş təşəkkül tapması ən yaxşı qoruyucu mexanizm kimi qiymətləndirilməlidir. Bu baxımdan bu mövzuda müzakirələr, axtarışlar çox aktualdır və hər birinizin fikiri çox dəyərlidir”.

 

Qadir İbarhimli əlavə edib ki, bu fikirlər daha sonra istiqlal.az saytında yaradılan “Vətəndaş mədəniyyəti” bölməsində öz əksini tapacaq.

 

Layihə eksperti Zaur İbrahimli "Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu və vəzifələri " mövzusunda məruzə ilə çıxış edib.

 

QHT və KİV rəhbələri öz təkliflərini veriblər. “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev “Vətəndaş mədəniyyəti” adlı vəsaitin nəşr edilməsini təklif edib. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli gənclər üçün bu mövzuda maariflənmə aparılmasını, “Qadınar Arasında Həmrəylik” İB-nin sədri Ruhangiz Hüseynova zorakılıq, ayrıseçkilik ideologiyasına qarşı vətəndaş mədəniyyəti dəyərlərinin təşviqini təklif ediblər.

Müəllif: Ayna.az      17 İyul 2019 16:59
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin