Sergey Lavrov: “Yaxın zamanda ABŞ-la münasibətlərimizin yaxşılaşacağını düşünmürəm”

Sergey Lavrov: “Yaxın zamanda ABŞ-la münasibətlərimizin yaxşılaşacağını düşünmürəm”

Rusiya XİN başçısı: “Bu iki ölkənin münasibətləri bütün dünya üçün əhəmiyyətlidir”

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya ilə ABŞ arasındakı münasibətlərdən danışıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Lavrov BMT-nin qurucularından olan Rusiya və ABŞ-ın öz öhdəliklərini yerini yetirməli olduğunu bildirib.

 

“Bu iki ölkənin münasibətləri bütün dünya üçün əhəmiyyətlidir. Tərəflər qarşılıqlı şəkildə öhdəliklərini yerinə yetirsə, bu, hamı üçün yaxşı olar. Necə deyərlər, “tanqo iki nəfərlik rəqsdir””, - XİN başçısı deyib.

 

Lavrov, eyni zamanda yaxın gələcəkdə Rusiya-ABŞ münasibətlərinin yaxşılaşacağına ümid etmədiyini söyləyib: “Düşünmürəm ki, yaxın zamanda ölkələr arasındakı münasibətlər düzələcək. Bu, sadəcə bizdən asılı deyil. ABŞ-ın ikili yanaşmaları münasibətlərə xələl gətirir. Tramp Rusiya ilə münasibətləri qaydasına salmaq istəsə də, görünür, ABŞ-da hamı onun kimi düşünmür”.

Müəllif: Ayna.az      17 İyul 2019 15:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar