Bakının məşhur bazarında kütləvi zəhərlənmə

Bakının məşhur bazarında kütləvi zəhərlənmə

“Meyvəli” bazarında yumurtadan kütləvi zəhərlənmə baş verib

 

“Sədərək” ticarət yarmarkasının yaxınlığında yerləşən məşhur “Meyvəli” bazarında kütləvi zəhərlənmə baş verib. AYNA virtualaz.org-a istinadən xəbər verir ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

 

Belə ki, səhər, təxminən saat 11-ə işləmiş təcili yardım çağırılıb, bazarın bir əməkdaşı zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə aparılıb. Daha sonra 3 nəfərin vəziyyəti pisləşib, yenidən təcili yardıma müraciət olunub. Həmin şəxslər də Klinik Tibbi Mərkəzə çatdırılıb.

 

Mənbədən bildiriblər ki, xəstəxanaya yerləşdirilmiş şəxslərin hamısı yumurta yedikdən sonra özlərini pis hiss ediblər.

 

Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, mədələri yuyulub. Hazırda vəziyyətləri orta-ağırdır, onlar xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Müəllif: Ayna.az      17 İyul 2019 13:50
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar