“Bakı 2015” Avropa Oyunlarındakı məhdudiyyət geri qayıdır

“Bakı 2015” Avropa Oyunlarındakı məhdudiyyət geri qayıdır

Vaqif Əsədov: “Sürücülərə tövsiyə olunur ki, sarı zolaqlar üzrə hərəkət etməsinlər”

 

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

 

Bildirib ki, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejimində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq: “Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır”. 

 

“Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar. Xatırladaq ki, sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər”, - deyə Əsədov vurğulayıb.

 

Onun sözlərinə görə, paytaxtın Ziya Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, H.Ələsgərova, Azadlıq, Z.Əliyeva, Tiblisi, Moskva, Üzeyir Hacıbəyov, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb: “Sürücü və avtomobil sahiblərinə, tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur”.

Müəllif: Ayna.az      17 İyul 2019 13:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar