Nazirlik bu şəxslərə subsidiya verəcək

Nazirlik bu şəxslərə subsidiya verəcək

Pətəyə görə 4 265 330 manat subsidiya ödənilməsini qərara alınıb

 

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.


AYNA-ya Nazirlikdən verilən məlumata görə, iclasda ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.


İştirakçılar 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxıb. Respublika Komissiyası 1 927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşqul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödənilməsini qərara alıb.


Müraciətlərin və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.

Müəllif: Ayna.az      17 İyul 2019 11:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin