Şəkidə yaralananlarla bağlı son məlumat

Şəkidə yaralananlarla bağlı son məlumat

Ağır xəsarət alanlardan Xatirə Ağamalıyeva bazar ertəsi vəfat edib

 

Səhiyyə Nazirliyi iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb.

 

Nazirliyin Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil olaraq qiymətləndirilir.

 

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov isə ümumi şöbədə palataya köçürülüb: "Vəziyyəti orta-ağır stabildir. Valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb". 

 

Qeyd edək ki, üç gün öncə Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının bir parçası qırılaraq ətrafdakı turistlərin üstünə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib. Ağır xəsarət alanlardan Xatirə Ağamalıyeva bazar ertəsi vəfat edib.

Müəllif: Ayna.az      17 İyul 2019 11:01
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar