"Meqafon" şirkəti əməkdaşlarını cəzalandırdı

"Meqafon" şirkəti əməkdaşlarını cəzalandırdı

"Heç də pis niyyətlə deyil, səhvən baş verib"

 

Rusiyanın ən böyük mobil operatoru olan  “Meqafon” şirkəti saytda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən hörmətsizliklə bağlı daxili təhqiqat aparır.  AYNA APA-a istinadən xəbər verir ki, bu barədə “Meqafon” şirkətindən Azərbaycannın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildrilib.


Qeyd olunub ki. sayta həmin məlumatı yerəşdirməyə  məsul əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb və onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.

 

Kompaniyanın saytının yenilənməsi işi aparılan zaman düzgün olmayan informasiya aşkarlanıb. Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi göstərilib. Kompaniyanın idarəçiliyi tərəfindən bu səhv məlumat aşkarlanan kimi dərhal düzəldilib.

 

"Meqafon"un Direkorlar Şurasının sədri Yevgeni Bıstrıx adından imzalanan məktubda bildirilib ki, "Meqafon"un əsas iş prinsiplərindən biri şirkətin öz kommersiya fəaliyyətini siyasi və dini məzmundan kənar həyata keçirməkdi: "Biz baş verən hadisədən təəssüf hissi keçirir, bir daha vurğulamaq isəyirik ki, bu, heç də pis niyyətlə deyil, səhvən baş verib".

Müəllif: Ayna.az      17 İyul 2019 01:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin