İran Azərbaycanında daha bir fəal həbsə məhkum olub

İran Azərbaycanında daha bir fəal həbsə məhkum olub

 

Onu döyərək həbs edən məmurlara qarşı müqavimət göstərib

 

İran Azərbaycanı və Tehranda türk fəallara qarşı artan basqıların davamı olaraq, Sarab həbsxanasında saxlanılan Səhənd Məalı bir il həbs və pul cəriməsinə məhkum olub. AYNA amerikaninsesi.org-a istinadən xəbər verir ki, Səhənd Məali keçən may ayından bəri Şərqi Azərbaycan vilayəti Sarab şəhərinin mərkəzi həbsxanasında daha əvvəl məhkum olduğu 10 aylıq həbs müddətini keçirməkdədir.

 

Yeni hökmün çıxarılması ilə bərabər onun həbs müddəti 22 aya yüksəlib. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran Azərbaycanında siyasi fəalların həbsxanada ikən yeni həbs hökmləri ilə qarşılaşması artıq ənənə halına alıb. İnsan haqları üzrə məlumat yayan HRA agentliyinə istinadən, Səhənd Məali “məmurlarla toqquşma və yaralama” ittihamı ilə mühakimə olunub.

 

Agentlik bu haqda yazıb ki, “deyilənlərə görə, hakim məmurların ifadəsinə istinadən hökm çıxarıb. Halbuki Səhənd Məali hökm göstərmədən onu döyərək həbs edən məmurlara qarşı müqavimət göstərib.”

 

Keçən həftələrdən bəri İran Azərbaycanı və Tehranda məhkəmələr türk fəallara qarşı bir-birinin ardınca həbs hökmləri çıxarırlar.

Müəllif: Ayna.az      16 İyul 2019 20:25
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar