Yaralılar barədə son xəbər

Yaralılar barədə son xəbər

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti orta ağırdır

 

Səhiyyə Nazirliyi Şəkidə baş verən bədbəxt hadisə zamanı xəsarət alanların son vəziyyəti ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında (MRX) müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

 

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti də orta ağırdır.

 

Xatırladaq ki, iyulun 14-ü saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən 50 santimetr diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı “qaynar xətt” əlaqə mərkəzləri yaradılıb. Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.

Müəllif: Ayna.az      16 İyul 2019 13:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar