SOCAR ölüm xəbəri yayıb

SOCAR ölüm xəbəri yayıb

"Günəşli" yatağında ölüm hadisəsi baş verib

 

İyulun 15-i saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxılmış vəziyyətdə aşkar edilib və vəfat etdiyi müəyyənləşdirilib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

 

Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      16 İyul 2019 12:21
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar