Dənizdə yoxa çıxan oğlanın axtarışları davam edir

Dənizdə yoxa çıxan oğlanın axtarışları davam edir

Axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyəti və 3 texnikası cəlb olunub

 

İyulun 14-də Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan, 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyəti və 3 texnikası cəlb olunub.

 

Nəticələr barədə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      16 İyul 2019 11:36
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar