Azərbaycanlıların yaşadığı evdə yanğın - ÖLƏN VAR

Azərbaycanlıların yaşadığı evdə yanğın -        ÖLƏN VAR

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində ikimərtəbəli yaşayış evində baş vermiş yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.

 

AYNA “Report"-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

 

Bildirilib ki, 51 yaşlı yanğınsöndürən Gela Melikidze xəstəxanaya çatdırılarkən yolda ölüb.

 

O, 20 ildən çox yanğınsöndürən işləyib.

 

Azərbaycanlı ailənin evi isə əşyaları ilə birlikdə tamamilə yanıb.

Müəllif: Ayna.az      15 İyul 2019 23:50
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar