Ukrayna Prezidentinin avtomobil karvanı qəzaya uğradı - FOTOLAR

Ukrayna Prezidentinin avtomobil karvanı qəzaya uğradı -              FOTOLAR

Avtomobillərdə qadınlar və uşaqlar da olub

 

Ukrayna prezidenti Vladimir Zelenskiyə məxsus kortec paytaxt Kiyevə dönərkən qəzaya uğrayıb. AYNA xarici mətbuata istinadən bildirir ki, Zelenski qəza zamanı kortecdə olmayıb.

 

Qəzanın xətalı soldan ötmə hərəkəti zamanı meydana gəldiyi bildirilir. Qəza nəticəsində xəsarət alan olmayıb. Kortecin üç avtomobili ağır zərər görüb. 

 

Prezident Zelenskinin Zaparoji bölgəsində səfərdə olduğu və Kiyevə təyyarə ilə döndüyü bildirilir. 

 

Müəllif: Ayna.az      15 İyul 2019 19:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar