Şəkidə yaralananlara ikili münasibət

Şəkidə yaralananlara ikili münasibət

"Bəli, yanlış duymadınız yüngül zədə alan suriyalıları özəl xəstəxanaya aparıblar , kəllə-beyin travması keçirən azərbaycanlını isə "Semaşkoda" saxlayıblar"

 

Dünən Şəki Xan Sarayında baş vermiş təbiət hadisəsi zamanı ağır xəsarət aldıqlarına görə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş xəstələrdən yeni xəbər var.

 

AYNA xəbər verir ki, yaralananlardan 3 nəfər Suriya vətəndaşı Bakıda yerləşən özəl xəstəxanaya aparılıb. Ağır yaralı vəziyyətdə olan jurnalist, "Qəbələ” klubunun əməkdaşı İlkin Məmmədov isə "Semaşko"da qalıb.

Şəkidə ağır xəsarət alan İlkin “Semaşko”da qaldı, suriyalılar özəl xəstəxanaya aparıldı

Bu barədə "Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz "Facebook” səhifəsində məlumat verib. 

 

"İlkin son illərdə yetişən ən istedadlı gənclərdən biri olmaqla yanaşı əxlaqı, tərbiyəsiylə də hər kəsin rəğbətini qazanıb. İlkinlə yanaşı Bakıya helikopterdə gətirilən daha 3 nəfər (Suriya vətəndaşları) İlkinlə müqayisədə daha az xəsarət alsa da bugün özəl xəstəxanaya köçürülüb. Bəli, yanlış duymadınız yüngül zədə alan suriyalıları özəl xəstəxanaya aparıblar - ayağı 2 yerdən sınan, qabırğasında əzik (inşallah ki, sadəcə əzikdi), kəllə-beyin travması keçirən azərbaycanlını isə "Semaşkoda" saxlayıblar, bəlkə də taleyin gedişatına!" - deyə N.İbrahimov yazıb.

 

O, jurnalisti ziyarət edmədən vəziyyəti barədə məlumat verənləri də qınayıb: "Dünəndən tanıyan-tanımayan bütün media, TV hərkəs İlkinə dəstək olmağın yollarını axtarır. Həmkarlarından fərqli İlkini ziyarət etməyən, amma əvəzində görmədən-bilmədən İlkinə yüksək tibbi xidmət göstərildiyini yazıb "like" boxçasını dolduranlar yəqin məsələni diqqətdə saxlayarlar. İlkin bu cəmiyyətə lazımlı insandır”.

Müəllif: Ayna.az      15 İyul 2019 19:15
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin